İranlılar ruslara hücum etdi – İddia
İranlılar ruslara hücum etdi – İddia
15 İyul 2019 11:50 DünyaSuriyada birgə hərəkət edən Rusiya və İran arasında Dera bölgəsində qalmaqal baş verib.
Olaylar.az xəbər verir ki, iyulun 13-də Dera yaxınlığında rus əsgərlərindən ibarət konvoy İrana bağlı milislərin hücumuna məruz qalıb.
Məlumata görə, rus əsgərlərinə hücum İranın nəzarətində olan polis gücləri tərəfindən Haraba ilə Naaraba qəsəbələri arasındakı yola mina yerləşdirməklə həyata keçirilib.
Qeyd edilir ki, rus konvoyuna hücum zamanı itkilər qeydə alınmayıb.
Bu iddialara inansaq, Suriyada ilk dəfədir ki, İrana bağlı qüvvələr rus əsgərlərini hədəfə alır.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31