Qazaxıstan prezidenti müdafiə nazirinə şiddətli töhmət verdi
Qazaxıstan prezidenti müdafiə nazirinə şiddətli töhmət verdi
15 İyul 2019 11:43 DünyaQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Arıs şəhərindəki sursat anbarında baş vermiş partlayışla əlaqədar ölkənin müdafiə naziri Nurlan Yermekbayevə şiddətli töhmət elan edib.
Bu barədə "Kazinform" xəbər verir.
Qazaxıstan hökumətinin geniştərkibli iclasında dövlət başçısı başverənlərə görə günahkar olanlarının hamısının cəzalandırılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, iyunun 24-də səhər saatlarında Arısda yerləşən hərbi hissənin sursat anbarında yanğın olub və bu, partlayışlara səbəb olub. İki hərbçi olmaqla, üç nəfər ölüb./report/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31