Texasda 18 it sahibini yedi
Texasda 18 it sahibini yedi
15 İyul 2019 11:20 DünyaABŞ-ın Texas ştatında itlərin öz sahibini yeməsi faktı qeydə alınıb.
The Washington Post xəbər verir ki, 57 yaşlı amerikalı həyət evində 18 it saxlayıb.
Aprel ayından qohumları onunla əlaqə saxlaya bilməyib, həyətə girməyə isə itlər imkan verməyib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları, kişinin sümüyünü tapıblar, itlərin ifrazatında da oxşar saç və sümük hissəçikləri tapılıb.
Aqressiv itlər zəhərlənərək öldürülüb, 3-ü isə heyvanlar üçün sığınacağa göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31