Ərəb şirkəti Krıma yarım milyard investisiya qoyur
Ərəb şirkəti Krıma yarım milyard investisiya qoyur
15 İyul 2019 11:13 DünyaBəhreynin investisiya şirkətlərindən biri Krımdakı infrastruktur layihələrinə 500 milyon avro investisiya qoymağı planlaşdırır.
Olaylar.az xəbər verir ki, bu məlumatı "İzvestiya" şirkətin Mərkəzi və Şərqi Avropa üzrə nümayəndəsi Ştefan Dovinə istinadən yayıb.
Ayrılan vəsaitin yolların təmiri, dəmiryolu layihələri və digər istiqamətlərə xərclənəcəyi bildirilib.
Dovin sanksiyalara məruz qalmaması üçün şirkətinin adının çəkilməməsini istəyib.
Bəhreyn şirkətinin nümayəndələrinin artıq Krımda olduğu və öz planlarının reallaşdırılmasına ilin sonundan başlayacaqları vurğulanıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31