Zelinskiyə sui-qəsd olub? -Korteji qəzaya düşdü+VİDEO
Zelinskiyə sui-qəsd olub? -Korteji qəzaya düşdü+VİDEO
15 İyul 2019 10:46 DünyaUkrayna Prezidenti Vladimir Zelenskinin kortejində yer alan üç avtomobilin və içərisində uşaqların olduğu avtobusların iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az TASS agentliyinə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Zaporojsk regionunda qeydə alınıb.İlkin məlumata görə, qəza Prezidentin kortejindəki iki avtomobil avtobus karvanını ötməyə çalışarkən qeydə alınıb.Digər səbəb kimi Ukrayna liderinin kortejinə daxil olan avtomobillərin sürücülərinin çatışmaması göstərilir. Belə ki, ştatdakı 30 sürücüdən hazırda yarısı işləyir.
Kadr çatışmazlığı və sıx qrafik səbəbindən sürücülər sutkalarla yatmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31