Tanınmış teleaparıcı yol qəzasında öldü
Böyük Britaniyanın tanınmış aparıcısı, eləcə də Yutub və İnstaqram ulduzu Emili Hartric qəza nəticəsində dünyasını dəyişib.
14 İyul 2019 20:50 DünyaBöyük Britaniyanın tanınmış aparıcısı, eləcə də Yutub və İnstaqram ulduzu Emili Hartric qəza nəticəsində dünyasını dəyişib.
"The Sun" xəbər verir ki, hadisə aparıcının evinin bir kilometrliyində, Cənubi Londonda baş verib. Elektrosamokatda hərəkət edən 35 yaşlı qadın, yük maşınına çırpılaraq, həyatını itirib.
Məlumat üçün bildirək ki, Emili sağlamlıq və həyat tərzi haqda verdiyi məsləhətlər sayəsində 340 mindən çox izləyici toplamışdı. Mənbənin məlumatına görə, o, Hyu Cekman, Amanda Seyfrid və Eddi Redmeyn kimi məşhurların şəxsi məşqçisi idi.(Qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31