Türkiyəli jurnalistdən yeni partiya ilə bağlı şok sözlər
14 İyul 2019 10:08 DünyaAKP liderlərinə yaxınlığı ilə seçilən türkiyəli məşhur jurnalist Fəhmi Koru Abdullah Gül, Əli Babacan, Əhməd Davudoğlu və digərlərinin yeni partiya quracağı ilə bağlı iddialara münasibət bildirib.
Axar.az xəbər verir ki, Koru AKP-nin narahatlığının normal, ancaq CHP-nin mövqeyini dəyişməsinin gözlənilməz olduğunu vurğulayıb.
Koru qeyd edib ki, yeni partiya qurulacağı haqda xəbərlər ciddiləşəndən sonra CHP də narahat olmağa başlayıb. Belə ki, CHP yeni partiyanın onların da elektoratını ala biləcəyindən ehtiyatlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31