Aslının adından saxtakarlıq etdilər
Aslının adından saxtakarlıq etdilər
13 İyul 2019 22:30 DünyaTürkiyəli aktrisa Aslı Enverin adından saxtakarlıq edilib.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqramda məlumat verib.
O bildirib ki, pəhriz dərmanları satan bir şirkət onun fotosundan istifadə edib və Aslı Enverin həmin həblər vasitəsilə arıqladığını qeyd edib.
"Bu məhsulla heç bir əlaqəm yoxdur, məsələ hüquq yolu ilə həll olunacaq" deyə, sənətçi yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31