Bir salxım üzüm 1,2 milyona satıldı
Bir salxım üzüm 1,2 milyona satıldı
13 İyul 2019 20:01 DünyaYaponiyanın keçirilən hərracda "Ruby Roman" növündən olan bir salxım üzüm 1,2 milyon yenə (19 min manat) satılıb.
"Qafqazinfo" xəbər verir ki, bunu alan şəxs Yaponiya mehmanxanalar şəbəkəsi meneceridir.
O, "Ruby Roman" üzüm növünün bazara çıxarılmasının 12-ci ildönümü ilə əlaqədar 1,2 milyon yen təklif etdiklərini bildirib.
Qeyd edək ki, "Ruby Roman" dünyada ən bahalı üzüm növü hesab edilir. Yapon seleksiyaçılar həmin üzüm növünü 1994-cü ildə əldə etsələr də, yalnız 2008-ci ildə satışa çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31