Tualetdəki gizli kameraya yaxalanan şahmatçını cəza gözləyir
Tualetdəki gizli kameraya yaxalanan şahmatçını cəza gözləyir
13 İyul 2019 19:52 DünyaÇexiyalı şahmatçı İqor Rausisi cəza gözləyir.
TASS xəbər verir ki, çexiyalı qrossmeyster Starsburqda keçirilən turnirdə qadağan olunmuş vasitədən - telefondan istifadə etdiyi üçün diskvalifikasiya olunacaq.
Belə ki, oyun davam edərkən tualetə gedən İ.Rausis gedişləri telefondakı proqramla yoxlayıb analiz edirmiş.
Dələduzluğun aşkarlanmasında turnirin baş hakimi Loran Freydin böyük rolu olub. Onun israrından sonra tualetdə quraşdırılmış gizli kameraya baxış keçirilib və şahmatçının qaydaları pozduğu bəlli olub.
İ.Rausis öz günahını etiraf edib və buna görə üzr istəyib.
Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən məsələ ilə bağlı araşdırma davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31