S-400-lərin gətirilməsi ilə bağlı Türkiyə hökumətindən – İlk açıqlama
S-400-lərin gətirilməsi ilə bağlı Türkiyə hökumətindən – İlk açıqlama
12 İyul 2019 14:35 DünyaS-400 zenit raket sistemlərinin birinci qrup avadanlığının Türkiyəyə gətirilməsinə hökumətdən ilk açıqlama verilib.
Olaylar.az xəbər verir ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlu S-400 kompleksləri ilə bağlı razılaşmanın başa çatdığını deyib.
Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında saziş üzrə proses öz axarında davam edir: "Bu məsələdə hər hansı problem yoxdur. Bundan sonra da bu cür davam edəcək".
Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi S-400 zenit raket sistemlərinin birinci qrup təchizatının bu gündən etibarən paytaxt Ankaradakı Mürted hərbi hava bazasına gətirildiyini açıqlayıb.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31