S-400-lər Ankaraya gətirildi – İlk görüntülər
S-400-lər Ankaraya gətirildi – İlk görüntülər
12 İyul 2019 13:42 DünyaTürkiyə Müdafiə Nazirliyi S-400 zenit raket sistemlərinin birinci qrup təchizatının paytaxt Ankaraya gətirildiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, S-400 hava hücumundan müdafiə sistemlərinin birinci qrup avadanlığının Mürted Hava Meydanına boşaldıldığı bildirilir.
Məlumatda avadanlığın bu gündən etibarən gətirilməyə başlandığı vurğulanır.
Qeyd edək ki, əvvəlki açıqlamalarda Rusiyaya məxsus S-400 sistemlərinin Türkiyəyə 5-6 aya yerləşdiriləcəyi qeyd olunurdu.

teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31