Milyarder Ukrayna gözəli ilə evləndi
Milyarder Ukrayna gözəli ilə evləndi
8 İyul 2019 18:38 Dünya3,2 milyard dəyərində sərvəti olan Rusiyanın ən varlı iş adamlarından biri - İqor Kesaev evlənib.
Olaylar.az xəbər verir ki, "Forbes"in siyahılarında hər zaman adı yer alan 52 yaşlı biznesmen "Мисс Блонд Украина - 2013" seçilən Olqa Klimenko ilə yaşadığı eşqi rəsmiləşdirib.
Məşhur model ərinin telekanalı olan "World Fashion"da aparıcı kimi çalışır.
Qeyd edək ki, milyarderin birinci həyat yoldaşı Stella Kesaeva incəsənətlə məşğuldur. Onun böyük qızı da qalereya sahibidir. Oliqarx hələ 2016-cı ildə ailəli olduğu ərəfədə sevgilisi ilə tədbirlərə qatılır, Ukrayna gözəli ilə eşq yaşadığını gizlətmirdi. O, ilk arvadından 2017-ci ildə rəsmən boşanıb.


axsam
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31