Türkiyədə tarixi heykəli satmaq istədilər

Türkiyədə tarixi heykəli satmaq istədilər

Dənizlidə polis tərəfindən saxlanılan avtomobilin yük yerindən Roma dövrünə aid bir ədəd "3 başlı qadın" heykəli çıxıb.

Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları bir müddət heykəli satmağa çalışan 4 nəfəri təqib edib.

Sonra Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları şübhəlilərin mindiyi avtomobili durdurublar. Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan "3 başlı qadın" heykəli tapılıb. 

Heykəl Türkiyə Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərən Müzey Müdürlüyünə təhvil verilib. Burada ekspretizadan keçəndən sonra, heykəlin dəyəri məlum olacaq.

Şübhəlilərin ifadələri alındıqdan sonra prokurorluğun təlimatıyla sərbəst buraxılıb.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31