Putin müsəlman general-leytenantı müdafiə nazirinin müavini təyin etdi
Putin müsəlman general-leytenantı müdafiə nazirinin müavini təyin etdi
8 İyul 2019 17:57 DünyaRusiya prezidenti Vladimir Putin İnquşetiyanın sabiq başçısı Yunusbek Yevkurovu Rusiya müdafiə nazirinin müavini vəzifəsinə təyin edib.
Olaylar.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat dərc olunub.
"General-mayor Yevkurov Yunusbek Rusiya müdafiə nazirinin müavini təyin edilsin" - sərəncamda deyilir.
Sərəncamın qüvvəyə minməsi ilə Yevkurova general-leytenant rütbəsi verilib.
Qeyd edək ki, Yunusbek Yevkurov 24 iyunda İnquşetiya başçısı vəzifəsinə son verdiyini açıqlamışdı. 26 iyunda Putin onun istefasını qəbul etmişdi. İnquşetiya dövlət başçısı vəzifəsinin müvəqqəti olaraq Mahdmud-Əli Kalimatov icra edir.
avropa.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31