“Klounun, oliqarx məclisinin artistinin deyil, prezidentin...” – Ukrayna millətçiləri Zelenskiyə ultimatum verdi
“Klounun, oliqarx məclisinin artistinin deyil, prezidentin...” – Ukrayna millətçiləri Zelenskiyə ultimatum verdi
8 İyul 2019 17:56 DünyaUkrayna millətçiləri prezident Vladimir Zelenskiyə müraciət edərək Ukraynanın NewsOne və Rusiyanın "Rossiya 1" telekanalları arasında yaradılacaq telekörpüyə icazə verməməsini tələb ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Andrey Biletski bəyanat yayıb.
"Kremlin Kiyevdə hazırladığı bu informasiya oyununa adekvat cavab verməsi üçün Vladimir Zelenskiyə bir neçə sutka veririk. Müharibə şəraitində yaşayan ölkə başçısı cavabı üçün. Klounun, oliqarx məclisinin artistinin deyil, prezidentin cavabını" - Biletski "Ukraynskaya pravda" üçün yazıb.
Qeyd edək ki, iki nala arasında telekörpünün təşkil olunması 12 iyula nəzərdə tutulur. Rusiya tərəfdən aparıcılar Mariya Sittel və Andrey Malaxov, Ukrayna tərəfdən Yelena Kirik və Vasili Qolovanov olacaq.
avropa.info