"Gürcülər Putini ona görə söydü ki..." - Jirinovski

"Gürcülər Putini ona görə söydü ki..." - Jirinovski

Gürcüstandakı vəziyyətin gərginləşməsinin hədəfləri Moskva-Tiflis münasibətlərini gərginləşdirmək, Gürcüstanda ABŞ hərbi aviasiyasını yerləşdirmək üçün bəhanə hazırlamaqdır.

Olaylar.az xəbər verir ki, bu sözləri öz Teleqram kanalında Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski paylaşıb.

"Gürcüstandakı situasiyanın gərginləşdirilməsinin əsas səbəbləri rusları buradan yekun olaraq çıxartmaq, Moskva-Tiflis münasibətlərini gərginləşdirmək, Gürcüstanda ABŞ hərbi aviasiyasını yerləşdirmək üçün bəhanə hazırlamaqdır. Nəticə olaraq bu aviasiyadan İranın bombardmanı üçün istifadə ediləcək", - deyə o bildirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31