“Onu necə yumşaltdın?” – Ərdoğana şok sual
“Onu necə yumşaltdın?” – Ərdoğana şok sual
8 İyul 2019 13:57 DünyaTürkiyənin Səadət Partiyasının başqanı Təməl Karamollaoğlu ölkənin ictimai-siyasi gündəmi ilə bağlı önəmli açıqlamalar verib.
Olaylar.az xəbər verir ki, partiya başqanının Rusiyadan alınan "S-400" hava hücumundan müdafiə sistemləri ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.
Karamollaoğlu Yaponiyada "G-20" zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ başçısı Donald Tramp arasında keçirilmiş görüşə toxunub.
ABŞ prezidentinin "S-400"lərlə bağlı açıqlamasına Təməl Karamollaoğlu belə reaksiya verib:
"S-400"ləri alacağıq, amma istifadə edib-etməyəcəyimiz bəlli deyil. Belə bir iddia var ki, radarı bağlı olacaq. Kim bunu qəbul edir-etməsin, mən də bu sualı verməliyəm; Tramp necə yumşaldı?"
Əlavə edək ki, Yaponiyadakı görüşdə Tramp Türkiyənin Rusiyadan "S-400" raketləri almasında heç bir problemin olmadığını demişdi.
teleqraf