Prezidentə ultimatum veirldi: 24 saat ərzində...

Prezidentə ultimatum veirldi: 24 saat ərzində...

Ukrayna prezidenti Vladimir Zelenskiyə ultamatum verilib.

Olaylar.az xəbər verir ki, Rusiya ilə telekorpüyə görə prezident tənqid hədəfinə çevrilib.

Ali Radanın deputatı və "Milli Korpus"un lideri Andrey Biletski ultimatumun müəllifidir. O, iki ölkə arasında telekörpü layihəsinə görə dövlət başçısına ultimatum verib və müraciətini sosial şəbəkə hesabında yerləşdirib.

Deputat hesab edir ki, baş verənlər informasiya təxribatıdır. Ukraynadan telekörpüdə NewsOne kanalı iştirak edəcək. Bu kanal müxalifət lideri olan Viktor Medvedçukun ətrafında olan şəxslər tərəfindən alınıb və onlar tez-tez Rusiyapərəstlikdə ittiham edilir.

"Milltəçilərin Zelenski ilə danışmağa sözü var",- deyən deputat prezidentə 24 saat möhlət verib. Bu müddətdə prezident "televiziya işğalına" son qoymalı və telekörpü efirə buraxılmamalıdır: "Cavab müharibə vəziyyətində olan dövlət başçısı trəfindən adekvat olmalıdır".

Əgər Zelenski qarşısına qoyulan vəzifənin öhdəsindən gəlməsə, millətçilər bunu özləri edəcklər. "Ancaq bir söz deyə bilərım. Ukrayna efirində belə utanc olmayacaq".

cebhe.info

Zelenski girov dənizçilərdən danışdı: "Hər şeyi edirəm"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31