Yunanıstanın yeni baş naziri haqqındaMARAQLI FAKT: atası dövlət çevrilişindən belə xilas oldu

Yunanıstanın yeni baş naziri haqqında MARAQLI FAKT: atası dövlət çevrilişindən belə xilas oldu

Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində iqtidara gələn Yeni Demkratiya Partiyasının lideri Kiriakos Miçotakis haqqında ilginc faktlar üzə çıxıb.

Olaylar.az xəbər verir ki,Miçotakisin atası Konstandinos Miçotakis də vaxtilə Yunanıstanın baş naziri olub.

O, 1967-ci ildə baş verən dövlət çevrilişi zamanı dövrün Türkiyə Xarici işlər naziri İhsan Sabri Çağlayangilinyardımı ilə Türkiyəyə qaçıb və 7 il burada sürgündə qalıb.

Qeyd edək ki, Türkiyədə 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhddən sonra FETÖ terror təşkilatının Almaniyadan sonra ikinci sığınacağı Yunanıstan olub. 1 ildə 4 min təşkilat üzvü Yunanıstana keçmək üçün müraciət yollayıb. Bu rəqəm FETÖ-çülərə yardım kampaniyası başladan Embrace Relief" vəqfi açıqlamışdı. Yunanıstanın hazırkı baş naziri Aleksis Çipras çağırışlara rəğmən, FETÖ terror təşkilatına qarşı heç bir addım atmayıb.

Yunanıstanın yeni lideri Kiriakos Miçotakisin isə FETÖ-çülərə qarşı addım atıb-atmayacağı maraq mövzusudur.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31