Babil 250 milyon dollara bərpa ediləcək
Babil 250 milyon dollara bərpa ediləcək
6 İyul 2019 20:03 DünyaBabil 2020-ci ildə normal vəziyyətə qayıdacaq.
Bu fikri İraqın Mədəniyyət naziri Abdul Amir əl-Həmədani söyləyib.
Babil şəhərinin UNESKO-nun Dünya İrs Siyahısına salınmasından məmnunluğunu bildirən nazir bunu ölkəsinin mədəni irsinə olan diqqət kimi dəyərləndirib.
Bildirib ki, İraq İŞİD üzərində qələbə qazandıqdan sonra bu ərazilərə tam nəzarəti həyata keçirir. Turistlərin buraya cəlb edilməsi üçün ərazidə bərpa işləri aparılacaq.
"Biz UNESKO-nun Dünya İrs Mərkəzinə söz verdiyimiz kimi, Babilin bərpasına 250 milyon dollardan çox vəsait ayıracağıq", - deyə o əlavə edib.
azvision
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31