Eks-nazir üç miqrant kişiyə təcavüzə görə həbs edildi

Eks-nazir üç miqrant kişiyə təcavüzə görə həbs edildi

Norveçdə eks-nazir Sveyn Lüdviqsen üç miqrant kişiyə seksual təcavüzə görə beş il azadlıqdan məhrum edilib.

Lüdviqsen həmçinin vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilib.

Norveç mətbuatı eks-nazirin adının qarışdığı insidentlərin 2011-2017-ci illər arasında Tromse şəhərində baş verdiyini bildirib.

Seksual təcavüzə məruz qalan miqrantların iddiasına görə, Lüdviqsen qubernator olduğu zaman onlara yaşayış yeri və iş qarşılığında seksual xidmətlər təklif edib.

Onların Lüdviqsenin şəhərkənarı evində, oteldə və öz kabinetində təcavüzə məruz qaldıqları vurğulanıb.

Eks-nazir isə bu ittihamlarla razılaşmayıb.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31