Doğulduğu qəsəbədə Trampın arvadına taxta heykəl qoydular

Doğulduğu qəsəbədə Trampın arvadına taxta heykəl qoydular

ABŞ-ın birinci xanımı Melaniya Trampın anadan olduğu Sloveniyanın Sevnika qəsəbəsində onun böyük taxta heykəli qoyulub.

Olaylar.az  xəbər verir ki, amerikalı sənətkar Bred Dovni tərəfindən dizayn edilən heykəl yerli xarrat və heykəltəraş tərəfindən elektrikli mişarla kəsilərək hazırlanıb.

Dovni əsəri ilə Melaniya Trampın əsli və yerli xalqın buna reaksiyasını araşdırmağı məqsəd qoyduğunu bildirib. Heykəl bu gündən etibarən əhaliyə nümayiş etdiriləcək.

Sloveniyanın Posavye vilayətində yerləşən 5 min nəfərlik Sevnikda Melaniya Tramp məşhur olduqdan sonra şərab, şokolad, çay kimi məhsullara tələb artmışdı. Qəsəbəyə gələn turistlərə "Melaniya piroqu" və "Melaniya keksi" də təqdim olunur.

avropa.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31