Türklər Almaniyaya mühacirət edir – İlk beşlikdə
Türklər Almaniyaya mühacirət edir – İlk beşlikdə
5 İyul 2019 18:03 DünyaSon altı ay ərzində Almaniyaya mühacirət üçün müraciət edənlərin sayı 72,953 nəfər təşkil edib.
Olaylar.az xəbər verir ki, bu məlumatı Almaniya Daxili İşlər Nazirliyi yayıb. Nazirlik Berlinə ən çox müraciət edənlər arasında ilk yerləri Suriya, İraq, Nigeriya, Əfqanıstan və Türkiyə vətəndaşlarının tutduğunu bildirib. Təkcə Türkiyədən Almaniyaya mühacirət üçün müraciət edənlərin sayı 4329 nəfər olub ki, bu da 15%-lik artım deməkdir.
Qeyd edək ki, 2016-cı ilin 15 iyul çevriliş cəhdindən sonra Türkiyədən Almaniyaya mühacirət üçün müraciət edənlərin sayı kəskin artıb. Belə ki, 2016-cı ildə bu rəqəm 5742, 2017-də 8483, 2018-də isə 10655 olub.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31