Fransada erkən banlayan xoruzu məhkəməyə verdilər

Fransada erkən banlayan xoruzu məhkəməyə verdilər

Fransanın qərbindəki Şaranta departamentində erkən banlayan xoruzun məhkəməsi keçirilir.

Olaylar.az  xəbər verir ki, qonşuluqda yaşayan yaşlı cütlük Moris adlı xoruzu və onun sahibini məhkəməyə verib.

Onlar bildirir ki, uzun müddət həmin qadından xoruzla bağlı tədbir görməsini istəyiblər.

Cütlüyün vəkili 1000 avro məbləğində təzminat tələb edir.

Qeyd olunur ki, məhkəmə sentyabrın əvvəlində qərar verəcək.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31