Nazirin korteji atəşə tutuldu - Yaralılar var
Nazirin korteji atəşə tutuldu - Yaralılar var
30 İyun 2019 20:37 DünyaLivanın qaçqınların işləri üzrə naziri Saleh əl-Qaribin avtomobil korteji naməlum silahlılar tərəfindən atəşə tutulub.
Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda nazirin özü NNA agentliyinə bildirib.
Hadisə Dağlıq Livan bölgəsində Kabr-Şamun kəndinin yaxınlığında baş verib. Atəş nəticəsində üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti kritikdir.
Nazir qeyd edib ki, kortej Kabr-Şamun kəndinə hərəkət edirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31