Keçmiş prezidenti “qanuni oğru”nun azadlığa çıxmasında günahlandırdılar - Foto

Keçmiş prezidenti “qanuni oğru”nun azadlığa çıxmasında günahlandırdılar - Foto

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev 2013-cü ildə "qanuni oğru" Aziz Batukaevin azadlığa buraxılmasına şəxsən göstəriş verib.

Bunu ölkənin keçmiş baş naziri Şamil Ataxanov baş prokuror Otkurbek Camşitova söyləyib. 

Camşitov ölkənin keçmiş prezidentinin hərəkərinin qanunsuzluğunu qeyd edərək deyib ki, Batukaev mütəşəkkil cinayətkar qruplaşmaya rəhbərlik edib, "cəmiyyətə və dövlətə təhlükəli" olub. 

Keçmiş prezidenti "qanuni oğru"nun azadlığa çıxmasında günahlandırdılar
Aziz Batukaev

Ataxanov etirafedici ifadəsində deyib ki, Atambaev cinayət törətmək üçün onunla və digər hüquq-mühafizə orqanlarınınvəzifəli şəxsləri ilə ilkin sövdələşməyə gedib. Bundan sonra Batukaevin azadlığa buraxılmasını tələb edib, eləcə də onun Qırğızıstanı tərk etməsini həyata keçirib.

Baş prokuror Otkurbek Camşitov iyunun 25-də parlamentə eks-prezident Almazbek Atambaevin toxunulmazlığının götürülməsi xahişi ilə parlamentə müraciət edib. 

Atambaev iyunun 8-də "qanuni oğru"nun azadlığa çıxmasında özünün əlinin olduğunu təkzib edib. 

Reyting.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31