Təyyarə quş sürüsünə çırpıldı, pilotun peşəkarlığı heyran etdi - VİDEO
Təyyarə quş sürüsünə çırpıldı, pilotun peşəkarlığı heyran etdi - VİDEO
30 İyun 2019 17:02 DünyaHindistan Hərbi Hava Qüvvələrinə məxsus "SUPECET Jaguar" tipli döyüş təyyarəsi havaya qalxdıqdan bir neçəyə saniyə sonra quş sürüsünə çırpılıb.
Hadisə Ludhiana şəhərinin yaxınlığında Ambala bölgəsində hərbi bazalardan birində baş verib.
Hadisə nəticəsində təyyarənin mühərriklərindən biri dayanıb. Pilot ehtiyat yanacaq çənlərini və təlim üçün yüklənmiş bombaları uçuş zolağına buraxmaq məcburriyətində qalıb.
Məsələ ilə bağlı Hindistan Hərbi Hava Qüvvələrindən açıqlama verilib ki, xəsarət alan olmayıb:
"Pilotun professionallığı və sürətli düşünməsi səbəbindən təyyarə partlamaqdan xilas olunub və bölgədəki sivil sakinlərin zərər görməsinin də qarşısı alınıb".
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31