ABŞ gəmisi Qara dənizə daxil oldu

ABŞ gəmisi Qara dənizə daxil oldu

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Karni" esminesi Qara dənizə daxil olub.

Olaylar.az xəbər verir ki, bu barədə gəmilərin hərəkətini izləyən "MarineTraffic" xidməti məlumat yayıb.

Birləşmiş Ştatların 6-cı donanmasından bildiriblər ki, HDQ-yə məxsus gəmi "Sea Breeze 2019" hərbi-dəniz təlimlərində iştirak edəcək.

Qeyd edək ki, "Sea Breeze 2019" hərbi-dəniz təlimləri iyulun 1-i strat götürür. Təlimlərdə 19 ölkənin 32 gəmisi və 24 təyyarəsi iştirak edəcək.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31