Nigeriyalı memar plastik butılkalardan ev tikib - Foto
Nigeriyalı memar plastik butılkalardan ev tikib - Foto
30 İyun 2019 13:39 DünyaNigeriyalı memar plastik butılkalardan özünə ev tikib.
Məlumata görə, xarici görkəminə və quruluşuna görə maraqlı olan ev paytaxt Abucada inşa edilib. Memar bu maraqlı addımına insanların sağlamlığını və təbiəti mühafizə istəyini səbəb göstərib.
Təbiət qoynunda inşa edilmiş maraqlı ev elektrik enerjisi və içməli suilə təchiz edilib. Qeyd edilir ki, qeyri-adi görünüşə malik ev böyük marağa səbəb olub.
Qeyd edək ki, bu, ölkədə plastik qablardan inşa edilən ilk ev deyil.
Xatırladaq ki, dünyanın bir sıra ölkələri yaxın illər ərzində plastik qablardan və paketlərdən istifadəyə son qoyacaqlar.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31