Türkiyəyə meydan oxuyan prezidentin qıçı sındı

Türkiyəyə meydan oxuyan prezidentin qıçı sındı

Kipr Prezidenti Nikos Anastasiadis sağ budun qırığı diaqnozu ilə əməliyyat olunub.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb. Məlumata görə, Limasol şəhərində yerləşən xəstəxanaların birində baş tutan əməliyyat 1 saat 40 dəqiqə davam edib.

Kiprin Səhiyyə naziri Konstantin Con prezidentin səhhətinin hazırda yaxşı olduğunu və 2-3 həftə sonra vəzifəsini icra etməyə başlayacağını bildirib. Onun hansı şəraitdə səhhətinin pisləşdiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, sözügedən prezident tez-tez Türkiyəni Kipr böhranı ilə bağlı təhdid etməklə gündəmə gəlir.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31