Almaniyada kişiləri məişət zorakılığından qorumaq üçün proqram hazırlanıb
Almaniyada kişiləri məişət zorakılığından qorumaq üçün proqram hazırlanıb
20 İyun 2019 10:09 DünyaAlmaniya polisinin təqdim etdiyi statistik məlumatlara əsasən burada 2018-ci ildə məişət zorakılığı qurbanlarının təxminən 18 faizi kişilər olub.
Bu səbəbdən ölkədəkişilərin məişət zorakılığından müdafiə proqramı hazırlanıb.
Proqrama əsasən, əvvəlcə zorakılıq qurbanları üçün qaynar xətt və onlayn məsləhət xətti açılacaq.
Daha sonra sığınacaqların və məsləhət mərkəzlərinin açılması nəzərdə tutulur. Bu proqramın gələcəkdə Almaniyanın bütün federal torpaqlarında qüvvəyə minəcəyi gözlənilir.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31