Prezidentin kəndində yasa icazə verilmədi – Qeyri-adi qərar

Prezidentin kəndində yasa icazə verilmədi – Qeyri-adi qərar

Misirin devrilmiş sabiq prezidenti Məhəmməd Mursinin doğulduğu kənddə yas mərasimi keçirilməsinə icazə verilməyib.

Bu haqda mərhum prezidentin oğlu Abdullah Məhəmməd Mursi "Röyter" agentliyinə açıqlamasında bildirib.

Oğul Mursi bildirib ki, atasının ailə məzarlığında dəfn edilməsinə də Misir hökuməti razı olmayıb.

Həmçinin rəsmilər Mursinin doğulduğu Adva kəndində yas mərasimi təşkilinə icazə verməyiblər.

Abdullah Məhəmməd Mursi bildirib ki, atası Qahirədəki Müsəlman Qardaşları məzarlığında dəfn edilib.

Dəfndə Mursinin həyat yoldaşı, övladları və iki qardaşı iştirak edib. Mursinin həbsxanada olan ortancıl oğlu Usama Mursi də dəfn prosesinə qatılıb.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31