Çılpaq fotolarına görə diplomundan məhrum oldu
18 İyun 2019 21:27 DünyaMyanbarda yaşayan 28 yaşlı gənc həkim Nang Mve Sanın diplomu ləvğ edilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun sosial mediyadakı açıq-saçıq şəkilləri olub.
Paylaşımlar ölkədə böyük səs-küyə səbəb olub. Tibb Konseyi fotoları ölkənin adət-ənənələrinə zidd olduğunu əsas gətirərək həkimin diplomunu ləvğ edib.
İnstaqram fenomeni Nang Mve özü bu haqda paylaşım edib.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31