Onun səsini heç kim eşitməmişdi - 66 il sonra üzə çıxdı-VİDEO
Onun səsini heç kim eşitməmişdi - 66 il sonra üzə çıxdı-VİDEO
14 İyun 2019 12:48 DünyaMeksika Milli kitabxanasının əməkdaşları dünyaca məşhur rəssam Frida Kalonun yeganə səs yazısını tapıblar.
Onun səsini indiyədək heç kim eşitməyib.
Sözügedən səs yazısı 1953-1954-cü illərə təsadüf edən "El Bachiller" radio şousunda lentə alınıb. Burada Kalo əri Dieqo Riverə həsr olunmuş "Portret Dieqo" essesini səsləndirir.
Meksikanın Mədəniyyət naziri Aleksandr Frausto bildirib ki, səsin Kaloya aid olduğu mütəxəssislər tərəfindən təsdiqlənsə, bu, onun qorunub saxlanılmış yeganə səs yazısı olacaq.
Qeyd edək ki, daha əvvəl Frida Kalonun naməlum əsərinin hərracda 1,8 milyon dollara satıldığına dair xəbər yayılıb.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31