Borcunu ödəməyən şəxsin 2 yaşlı qızını qaçırıb gözünü oydular
Borcunu ödəməyən şəxsin 2 yaşlı qızını qaçırıb gözünü oydular
14 İyun 2019 12:43 DünyaHindistanın Aliqarh şəhərində dəhşətli hadisə baş verib.
Bir nəfər borcunu ödəmədiyi üçün borc sahibləri onun 2 yaşlı qızını qaçırıblar. Sonra isə körpəni öldürüb gözlərini oyublar.
Uşaq itkin düşdükdən 2 gün sonra evlərinin yanındakı bir zibillikdə küçə itləri tərəfindən parçalanmış meyiti tapılıb. Qızın meyiti tapıldıqdan sonra polis iki nəfəri dindirib. Saxlanılanlar borca görə bu üsula əl atdıqlarını bildiriblər. Cinayəti törədənlər və onlara kömək edənlər həbs edilib.
Qızın öldürülmədən əvvəl zorlanması barədə söz-söhbətlər şəhərdə gərginliyə səbəb olub. Polis isə zorlama izinə rastlamadığını açıqlayıb.
milli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31