Rusiya səfiri Köçəryanla görüşdü

Rusiya səfiri Köçəryanla görüşdü

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın eks-prezidenti Robert Köçəryanla görüşüb.

Bunu "Aysor.am"a açıqlamasında Köçəryanın mətbuat katibi Viktor Soqomonyan deyib. O, görüşün Köçəryanın ofisində baş tutduğunu bildirib.

Soqomonyan görüşün təkbətək keçirildiyini və bir saat davam etdiyini söyləyib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31