Zaxarova II Dünya savaşından danışdı: Şişirtməyin!
Zaxarova II Dünya savaşından danışdı: Şişirtməyin!
7 İyun 2019 11:17 Dünyaİkinci Dünya müharibəsində nasistlər üzərində qələbədə avropalı müttəfiqlərin rolu çox da qabardılmamalıdır.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Avropada İkinci cəbhə qarşıdurmasında həlak olanları hörmətlə anırıq. Əlbəttə, bu cəbhə şişirdilməməlidir. Üstəlik SSRİ-nin rolu azaldılmamalıdır. SSRİ-nin səyi olmasaydı, bu zəfər də olmazdı.
Tarixçilərin fikrincə, Normandiya əməliyyatının İkinci Dünya müharibəsi və Böyük Vətən müharibəsinə təsiri olmadı. Müharibənin taleyi onsuz da Qırmızı ordunun Stalinqrad və Kursk qövsündəki zəfərlərindən sonra müəyyən edilmişdi", - deyə M.Zaxarova bildirib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31