Mer küçə gəzintisi zamanı üzü üstə gölməçəyə yıxılıb. News24.az xəbər verir ki, hadisə Rusiyanın Omsk şəhərində yaşanıb. Şəhərin meri Oksana Fadina planlaşdırılmış küçə gəzintisi zamanı ayağı sürüşüb və üzü üstə gölməçəyə yıxılıb. Sosial şəbəkə istifadəçiləri videonu "Karma həqiqətən də mövcuddur" sözləri ilə şərh ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31