Baş nazir bu gün İSTEFAYA GEDİR

Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün rəsmi şəkildə Böyük Britaniyanın hakim partiyası olan Mühafizəkar Partiyasının lideri vəzifəsini tərk edəcək.

Mey İngiltərənin baş naziri vəzifəsini icra etməyə davam edəcək.

Baş nazir bu qərarını mayın 24-də elan edib. Səbəb olaraq isə Britaniyanın Avropa İttifaqından çıxmasını nəzərdə tutan Breksit layihəsində nəticə əldə edə bilməməsini göstərib.

Qeyd edək ki, 62 yaşlı siyasətçi bu postda 2016-cı ilin iyunundan fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31