Şengen vizası bahalaşdı
Şengen vizası bahalaşdı
6 İyun 2019 22:38 DünyaAvropa İttifaqı Şurası viza rüsumunun (Şengen vizası) qiymətinin bahalaşması haqqında qərar qəbul edib.
Publika.az xəbər verir ki, Avropa İttifaqının 100-dən çox ölkənin vətəndaşlarına tətbiq etdiyi vizanın qiyməti 60 avrodan 80 avroya qaldırılıb.
Bundan başqa, viza üçün müraciət səyahət etməzdən 6 ay öncə verilməlidir.
Daha əvvəl Avropa Parlamenti tərəfindən təsdiqlənən qərar Avropa İttifaqının Rəsmi Qəzetində yayımlandıqdan 6 ay sonra qüvvəyə minəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31