ABŞ-da güclü patlayış baş verib, xəsarət alanlar var

ABŞ-da güclü patlayış baş verib, xəsarət alanlar var

Nyu-Meksiko ştatında ABŞ Müstəqillik Günü üçün hazırlanan pirotexniki vasitələr yanğınsöndürənlər tərəfindən qablaşdırılan zaman partlayış baş verib.

Azadinform-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 12 yanğınsöndürən xəsarət alıb.

Məlumata əsasən, onlardan 2-si helikopter vasitəsi ilə xəstəxanaya çatıdırılıb, 10-nuna isə hadisə yerində tibbi yardım göstərilib.

Partlayışın səbəbi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31