“Türk Hava Yolları” Sudana bütün uçuşları dayandırdı
“Türk Hava Yolları” Sudana bütün uçuşları dayandırdı
6 İyun 2019 21:06 DünyaTürk Hava Yolları (THY) Sudanda davam edən iğtişaşlarla əlaqədar bu ölkəyə bütün uçuşları dayandırıb.
Türkiyə KİV-lərinin məlumatına görə, THY artıq üçüncü gündür təhlükəsizlik məqsədi ilə ləğv edilən uçuşların nə vaxt bərpa ediləcəyi barədə məlumat vermir.
Qeyd edək ki, Sudanda aprel ayında baş vermiş hərbi çevrilişdən sonra ölkədə mülki hakimiyyət orqanlarının yaradılması tələbi ilə kütləvi etirazlar başlayıb. Ən son məlumata görə, paytaxt Xartumda müxalifətin çadır düşərgəsinin dağıdılması nəticəsində həlak olanların sayı 100 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31