Ərdoğan Alişanla arvadını qonaq çağırdı
Ərdoğan Alişanla arvadını qonaq çağırdı
6 İyun 2019 20:33 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan müğənni Alişan və ailəsini iqamətgahında qonaq edib.
Axşam.az xəbər verir ki, həyat yoldaşı Buse Varol və oğlu ilə görüşə gedən sənətçi görüş haqda fikirlərini belə ifadə edib:
"O qədər iş-gücünün arasında bizə vaxt ayıran cənab Prezidentə təşəkkür edirik. O qədər özəl və gözəl bir saat keçirdik ki... Xüsusilə, ailə, itirməyə başladığımız ənənələrimizlə bağlı bizə verdiyiniz nəsihətlər və bu mövzudakı həssaslığınız üçün təşəkkür edirik".
Qeyd edək ki, Alişanın nikah şahidi də Ərdoğan olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31