100 adamı öldürdü, sonra üzr istədi
100 adamı öldürdü, sonra üzr istədi
6 İyun 2019 19:09 DünyaAlmaniyada 2-ci Dünya Müharibəsindən sonra ən böyük silsilə qətllər örədən, 100 xəstəni öldürən 41 yaşındakı tibb işçisi Niels Hoegel öldürdüyü xəstələrin ailələrindən üzr istəyib.
News24.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, 1999-2002 illəri arasında Oldenburgda və 2003-2005 illərində Delmenhorst-da və başqa bir xəstəxanada baş verən ölümlərin səbəbkarı kimi göstərilən Hoegelin qurbanları 34-96 yaş arasında olub.
Köhnə tibb işçisi Hoegel'in Oldenburgchr("39")da 36, Delmenhorstakı xəstəxanalarda isə 64 nəfəri öldürüb. O, 100 xəstəyə ölümcül dozada dərman veriərək onlara qəsd edib.
Məhkəmədəki ifadəsində o, öncə 30 nəfəri öldürdüyünü etiraf edib. 30 Oktyabr 2018-ci ildə açılan 7 aylıq cinayət işi müddətində Hoegel cinayətlərinin daha 43-ünü etiraf etsə də, 5-nə etirazını bildirib. 52-i cinayəti isə o, xatırlamadığını deyib. Hakim Sebastian Bührmanın qərarı ilə Hoegel ömürlük həbs cəzasına məhkum edilib.