Xamneyi tribunaya snayperlə çıxdı - Foto
Xamneyi tribunaya snayperlə çıxdı - Foto
6 İyun 2019 17:37 Dünyaİranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin Tehranda əlində snayper silahı ilə bayram tədbirinə gəlməsi yerli və xarici mətbuatda, eləcə də sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.
Ramazan ayının son günü Tehranda qılınan bayram namazına rəhbərliyi Ayətullah Əli Xamneyinin özü edib.
Namazdan sonra toplanan kütlə qarşısında çıxış etmək üçün tribunaya çıxan Ali Rəhbər özü ilə Rusiya istehsalı olan "Draqunov" snayper tüfəngi də götürüb.
Ali Rəhbər bayram münasibətilə İran xalqını təbrik edib və İranın heç bir zaman düşmənlər qarşısında yenilməyəcəyini bəyan edib.
teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31