Antalyadan uçan təyyarə qəza enişi etdi – Həyəcanlı anlar

Antalyadan uçan təyyarə qəza enişi etdi – Həyəcanlı anlar

Türkiyənin Antalya şəhərindən Rusiyanın Altay diyarının inzibati mərkəzi Barnaula uçan "Boeing 757-200" tipli sərnişin təyyarəsi qeyri-standart eniş həyata keçirib.

Bu barədə Rusiya İstintaq Komitəsinin Altay diyarı üzrə təhqiqat idarəsi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 02:00-da təyyarə enməyə başlayıb, bu zaman onun qeyri-simmetrik eniş etməsinə dair siqnalizasiyası işə düşüb. Qeyri-adi vəziyyətə baxmayaraq, ekipaj enişi davam etdirib. Təyyarənin göyərtəsində olan 229 sərnişin və 7 ekipaj üzvündən heç biri xəsarət almayıb. Təyyarə özü də ziyan görməyib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31