Almaniyada “Fateh” məscidi daşa basıldı - FOTO
Almaniyada “Fateh” məscidi daşa basıldı - FOTO
5 İyun 2019 14:38 DünyaAlmaniyanın Drezden şəhərində naməlum şəxslər "Fateh" məscidini daş atəşinə tutublar.
Məscid nümayəndəsi Hüseyn Taşkının sözlərinə görə, hadisə nəticəsində binanın şüşələri sındırılıb. Taşkın onu da əlavə edib ki, basqın zamanı məsciddə heç kim olmayıb.
Drezden polisinin mətbuat katibi Marko Laske jurnalistlərə açıqlamasında bildirib ki, hüquq mühafizə orqanları artıq cinayətlə bağlı araşdırmaya başlayıblar.
"Qafqazinfo" xatırladır ki, 2016-cı ildə naməlum şəxslər "Fateh" məscidində kustar üsulla hazırlanmış partlayıcı qurğu ilə partlayış törətmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31