300 il yaşı olan ağac yandırıldı - CİNAYƏT İŞİ AÇILDI - FOTO
300 il yaşı olan ağac yandırıldı - CİNAYƏT İŞİ AÇILDI - FOTO
5 İyun 2019 13:27 DünyaTürkiyənin Denizli şəhərinin, Çal rayonunda yaşı 300 ildən çox olduğu təxmin edilən çinar ağacı yandırılıb.
Xilasetmə və yanğınsöndürmə qrupunun vaxtında müdaxiləsi nəticəsində ağac külə dönməkdən xilas edilib.
Qeyd edək ki, sözügedən ağac ərazinin simvollarından biri sayılır. 300 illik ağacın yandırılması ilə bağlı istintaq işi başlayıb.


publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31