"Homoseksual olmuşam" - Filippin prezidentindən SENSASİON ETİRAF

"Homoseksual olmuşam" - Filippin prezidentindən SENSASİON ETİRAF

Filippin prezidenti Rodriqo Dutertenin Tokio sakinləri qarşısında çıxışı bütün dünyaya səs salıb.

Duterte subay vaxtı mavi olduğunu etiraf edib:

"İlk həyat yoldaşım Elizabet Tsimmermanla evliliyədək mavi homoseksual olmuşam. Evlilik məni müalicə etdi". 

Duterte və Tsimmerman 30 il evli olublar. Onlar 2000-ci ildə boşanıblar. Filippin prezidenti hazırda Xonelet Avançenye ilə evlidir.

Xatırladaq ki, Filippin prezidenti2016-cı ildə amerikalı səfiri "mavi və fahişə oğlu" adlandırmışdı. 2017-ci ildə isə bəyan etmişdi ki, onun ölkəsində yalnız əkscinslərin nikahı mümkündür. Daha sonra o, bu sözlərini geriyə götürərək eynicinslərin nikahını dəstəkləmişdi.

baku.ws

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31